Beynəlxalq səyyahlar qrupu Xudafərin körpüsündə olub - FOTO
Dünyanın ən nəhəng dörd səyyah klublarından biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi 13 ölkədən olan səyahlar səfərin üçüncü günündə Cəbrayıl rayonu ərazisində yerləşən tarixi abidə Xudafərin körpüsündə olublar.
APA-nın bölgə müxbiri xəbər verir ki, beynəlxalq səyyahlar Araz çayı üzərində yerləşən Xudafərin körpüsü ilə yaxından tanış olublar. Qonaqlara abidə barədə məlumat verilib. Həmçinin diqqətə çatdırılıb ki, digər ərazilər kimi bu yerlər də dağıntılara məruz qalıb, işğal illərində evlər talan, təbiət isə məhv edilib. Burada da bir çox tarixi dini abidələr ermənilər tərəfindən təhqir edilib, məscidlər heyvan saxlancı kimi isifadə olunub. Qəbirlər qazılaraq dağıdılıb.
Qeyd edək ki, son 4 ildə 50-ə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzurda 10 dəfə səfərdə olub. 25-27 iyulda bir qrup beynəlxalq səyahətçinin MTP (Most Traveled People) səyahət klubunun təşkilatçılığı ilə Qarabağ və Şərqi Zəngəzura olan növbəti səfəri sayılır. MTP-nin səfəri bu qəbildən olan sayca 11-ci səfərdir. Heyətə Çarlz Vili (Charles Veley) rəhbərlik edir. O, dünya üzrə 4 nəhəng səyyah şəbəkəsindən biri olan – MTP (Most Traveled People) Klubunun təsisçisi və rəhbəridir. Dünya səyyahlarının beynəlxalq reytinqində adı ilk 10-luqdadır. Bundan əvvəl 4 dəfə işğaldan azad edilmiş ərazilərdə səfərdə olub, onlardan 3-də MTP heyətlərinə başçılıq edib.
Oxşar xəbərlər
Xarici səyyahların işğaldan azad olunan ərazilərə səfəri davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xarici səyyahlar Ağdam şəhərində olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT eksperti Bakı Təşəbbüsü Qrupunun Fransanın müstəmləkəçilik siyasəti ilə mübarizədə əhəmiyyətini vurğulayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İtaliya Baş naziri Çinə səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












