Lakşmi Partasarati: Beynəlxalq ictimaiyyət mina problemini həll etmək üçün birləşməlidir
Beynəlxalq ictimaiyyət mina problemini həll etmək üçün birləşməlidir.
Bu barədə “Sizinxeber.az”a ABŞ-dan olan səyahətçi Lakşmi Partasarati bildirib.
O, Azərbaycanın beynəlxalq ictimaiyyətin diqqətini işğaldan azad edilmiş ərazilərdəki mina probleminə yönəltməklə düzgün yolda olduğunu qeyd edib.
“Mən mina problemindən əziyyət çəkən bir çox ölkələrdə olmuşam. Beynəlxalq ictimaiyyət bu problemi həll etmək üçün mütləq birləşməlidir”, - L.Partasarati deyib.
Səyyah Qarabağa və Şərqi Zəngəzura səfəri barədə danışarkən səyahətin yaddaqalan olduğunu vurğulayıb: “Bu, füsunkar bir neçə gün oldu. Azərbaycanda əvvəllər heç vaxt olmamışdım, ölkəniz çox gözəldir, buradakı insanlar isə çox qonaqpərvərdirlər. Azərbaycana yenidən səfər etmək və burada daha çox qalmaq istərdim”.
Xatırladaq ki, 35 nəfərdən ibarət beynəlxalq səyyahdan ibarət nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdədir. Bu gün onlar Cəbrayıl rayonundakı Xudafərin körpüsündə olublar və Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.
Səfər dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı tərəfindən təşkil edilib.
Son 4 ildə 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Çarlz Veylinin başçılıq etdiyi bu qrupun səfəri sayca 11-ci olub.
Səfərdə 13 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və başqalarından səyahətçilər iştirak edir.
Oxşar xəbərlər
Amerikalı səyyah: Biz regionun tarixi haqqında çox şey öyrəndik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyalı səyyah: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq səyyahlar Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun İrs Siyahısına salınmasını vacib sayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad edilmiş ərazilərdə daha 104 mina, 181 PHS aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












