TDT 2026-cı ildə sosial xidmətlərin transformasiyası üzrə ortaq fəaliyyət planlaşdırır
sizinxeber.az xəbər saytı

TDT 2026-cı ildə sosial xidmətlərin transformasiyası üzrə ortaq fəaliyyət planlaşdırır


"Türkiyə tərəfinin təşəbbüsü ilə təşkilat üzvləri 2026-cı ildə sosial xidmətlərin transformasiyası sahəsində ortaq fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub".

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasında bildirib.

O bildirib ki, bundan əvvəl, 2024-cü ildə İstanbulda baş tutan birinci görüş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ailə institutu və qadınların hüquqlarının qorunması çərçivəsində ümumi mövqenin, eləcə də ortaq planların müzakirəsinə şərait yaradıb:

"TDT-yə üzv ölkələrin dövlət başçılarının göstərişlərinə əsasən, TDT-yə üzv ölkələr bir çox sahələrdə olduğu kimi, ailə institutunun qorunması sahəsində də ortaq fikirlərin dəstəklənməsi üzrə əməkdaşlığı davam etdirəcəyik. İnanırıq ki, ölkələrimizin iqtisadi imkanlarının artması ilə Türkdilli dövlətlərdə ailə institutunun qorunması üzrə ortaq proqramların reallaşdırılması üzrə fəaliyyət daha da aktivləşəcək. Bu səbəbdən də Türkdilli Dövlətlər Təşkilatı olaraq biz indiyədək qəbul edilən sənədlərə əsasən bir çox sektorlar üzrə əməkdaşlığın davamlılığı üçün səylərini əsirgəməyəcəyik".

Oxşar xəbərlər

Bakıda TDT-nin ailə və sosial siyasət sahəsinə məsul qurum rəhbərlərinin iclası keçirilir
Macarıstan nümayədnsəsi: TDT Avropanın mərkəzində bizim ortaq dəyərlərimizin qorunmasına xidmət edir
Prezident TDT-nin ailə və sosial siyasət sahəsinə məsul qurum rəhbərləri iclasının iştirakçılarına məktub göndərib
TDT Baş katibi Azərbaycanda Zirvə görüşünün yüksək səviyyədə keçəcəyinə əmindir
Bakıda TDT-yə üzv olan ölkələrin nümayəndələrinin iştirakı ilə panel keçirilir - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər