Rəşad Mahmudov: Sertifikasiyadan kəsilən həkimlərin fəaliyyətinin tamamilə dayandırılması düzgün deyil » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2025
13:30

Rəşad Mahmudov: Sertifikasiyadan kəsilən həkimlərin fəaliyyətinin tamamilə dayandırılması düzgün deyil

27 may, 2025
13:30
420

Rəşad Mahmudov: Sertifikasiyadan kəsilən həkimlərin fəaliyyətinin tamamilə dayandırılması düzgün deyil

Sertifikasiyadan kəsilən həkimlərin tibb fəaliyyətinin tamamilə dayandırılması düzgün deyil.

"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov komitənin bugünkü iclasında Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, yaxın gələcəkdə bununla bağlı müvafiq qanunlarda dəyişiklik edilməlidir:

"Düşünün ki, indiyə kimi 500 ürək əməliyyatı etmiş şəxs sertifikasiyadan keçmədikdə işdən uzaqlaşdırılır. Bəs bu halda müəssisələrdə yeni ştatın açılması hansı formada təmin edilməlidir? Başqa bir problem də var. Regionlarda elə həkimlər var ki, illərdir öz ixtisası üzrə işləmirlər. Məsələn, ixtisasca kardioloqdur, amma tibbin başqa sahəsinə yönləndirilib ki, orada həkimə daha çox ehtiyac var. İndi isə birdən-birə həmin həkimi kardiologiyadan sertifikasiya edirik. Bu kimi problemləri nəzərə almaq vacibdir".

Bizimlə əlaqə saxlayın