NK-nın Milli Məclisdə hesabat verdiyi tarixin dəyişdirilməsi təklifi ilk oxunuşda qəbul edilib
Milli Məclis Nazirlər Kabinetinin qanunverici orqanda hesabat verdiyi tarixin dəyişdirilməsi haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib.
"Report" xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, qüvvədə olan qanuna görə, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında illik fəaliyyət haqqında hesabat verir.
Təklif edilən dəyişikliklə Nazirlər Kabinetinin hesabatı hər il martın 31-dək təqdim ediləcək.
Layihəyə əsasən, dəyişikliyin məqsədi Nazirlər Kabinetinin Milli Məclis qarşısında verdiyi hesabatın təqdim edilmə prosedurunun çevikliyinin artırılması ilə bağlıdır. Təqdim olunan dəyişikliyə uyğun olaraq Nazirlər Kabinetinin hesabatının vaxtı iki orqan arasında razılaşdırılmaqla və hər iki orqanın iş qrafikinə daha uyğun vaxtda müəyyən ediləcək. Bununla belə, layihədə hesabatın verilməsi vaxtının martın 31-dək, yəni ilin I rübü ilə məhdudlaşıdırlması təklif olunur. Bu müddəa hesabatların təqdim olunması ilə bağlı formalaşmış təcrübəyə əsaslanır.
Qeyd olunub ki, Milli Məclisə hesabat və ya məruzə təqdim edən digər orqanlar üçün hesabat və ya məruzələrin Milli Məclisin sayca məhz hansı iclasında təqdim edilməsi ilə bağlı müddəa qanunvericilikdə nəzərdə tutulmur.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Hökumətin hesabatı Milli Məclisə daxil olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni Baş nazir kim olacaq? - Sabah iclasdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ləğv edilən sığortaçıya dair yeni tələblər qoyulur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlər Kabineti bu gün istefa verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












