Rizvan Nəbiyev: Azərbaycan son 22 ildə böyük uğurlar, misilsiz və qürurverici qələbələr ilə dolu olan inkişaf yolu keçib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
may
2025
13:30

Rizvan Nəbiyev: Azərbaycan son 22 ildə böyük uğurlar, misilsiz və qürurverici qələbələr ilə dolu olan inkişaf yolu keçib

08 may, 2025
13:30
540

Rizvan Nəbiyev: Azərbaycan son 22 ildə böyük uğurlar, misilsiz və qürurverici qələbələr ilə dolu olan inkişaf yolu keçib

Azərbaycan son 22 ildə böyük uğurlar, misilsiz və qürurverici qələbələr ilə dolu olan inkişaf yolu keçib.

“Sizinxeber.az” xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev mayın 8-də parlamentin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr edilən xüsusi iclasında deyib.

Onun sözlərinə görə, ötən dövrdə Azərbaycan xalqı konstitusiyada bəyan edilən demokratiya, ədalət və qanunun aliliyi yolu ilə inamla addımlayıb:

“Xüsusilə Ulu Öndərin başladığı işləri yeni tarixi şəraitdə layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 22 ildə böyük uğurlar, misilsiz və qürurverici qələbələr ilə dolu olan inkişaf yolu keçib. Dövlət başçısının xalqımızın və dövlətimizin bu günü və gələcəyi ilə bağlı strateji baxışının reallaşdırılması Azərbaycanı siyasi, iqtisadi və hərbi cəhətdən güclü bir dövlətə, Cənubi Qafqazın liderinə və beynəlxalq aləmdə söz sahibinə çevirib”.

Deputat bildirib ki, son 32 ildə həyata keçirilən dövlət quruculuğu proseslərində Azərbaycan parlamenti də mühüm rol oynayıb:

“Milli Məclis 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin dördaylıq sədrliyi dövründə yaradılmış ənənələrinə sadiq qalaraq, eyni zamanda dövlət başçısı İlham Əliyevin tövsiyələrini nəzərə alaraq suverenlik və milli maraqların qorunması sahəsində qarşıya qoyulan məqsədlərin əldə edilməsinə kömək göstərir, milli təhlükəsizlik məsələlərinin həllinə, konstitusiyada bəyan edilmiş prinsiplərin və dəyərlərin qorunmasına töhfə verir”.

Deputat Vüqar Bayramov isə vurğulayıb ki, Heydər Əliyev yenidən hakimiyyətə gələndə Azərbaycanın ümumi daxili məhsul istehsalı 375 milyon manat idi:

Vüqar Bayramov
Vüqar Bayramov

"2002-ci ildə isə Azərbaycan iqtisadiyyatı 6,1 milyard manata qədər yüksəldi. Ölkənin büdcə gəlirləri 100 milyon manat idisə, hazırda gəlirlər 38 milyard manatdan çoxdur. Əgər ölkə iqtisadiyyatı 1995-ci ildə 11,8 faiz kiçilmişdisə, 1996-cı ildə 1,3 faiz artım dərin depressiyanın sonu oldu”.

O həmçinin qeyd edib ki, hazırda Azərbaycan xalqının 27 il həsrətlə baxdığı torpaqlarda bu gün böyük quruculuq işləri həyata keçirilir:

“Böyük Zəfərdən keçən müddətdə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb. Azərbaycan işğaldan azad olunan ərazilərimizi öz daxili maliyyə resurslarına bərpa edir və yenidən qurur. 2025-ci ilin dövlət büdcəsindən Qarabağın bərpasına 4 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. 2026-cı ilin sonunadək həmin ərazilərimizdə 140 min vətəndaşımız məskunlaşacaq”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev söyləyib ki, Azərbaycanın son 60 ildəki mövcudluğu, inkişafı və uğurları Ulu Öndər Heydər Əliyevlə və onun siyasi irsi ilə bağlıdır:

"Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətinin daxili siyasətində, sosial ədalət, sosial rifah, sosial müdafiə xətti həmişə prioritet istiqamət kimi müəyyən olunur. Heç təsadüfi deyil ki, dövlət büdcəmizdə sosial xərclərin payının 30%-dən yuxarı olması artıq ənənə halını alıb. Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi ki, mənim görüb başa çatdırmadığım işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev yekunlaşdıracaq”.

 Musa Quliyev
Musa Quliyev

Deputat diqqətə çatdırıb ki, İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə böyük sosial iqtisadi uğurlara imza atılıb:

“Qısa müddət ərzində respublikada işsizlik 5 %-ə, yoxsulluq isə 5,6 %-ə endirildi. 2003-2025-ci illərdə Azərbaycanda 2,2 milyon yeni iş yeri açılıb, minimum əməkhaqqı 44 dəfə artaraq 400 manata, orta aylıq əmək haqqı 13 dəfə artaraq 1010 manata, minimum pensiya 16 dəfə artaraq 320 manata, orta aylıq pensiya 22 dəfə artaraq 535 manata çatıb. 2019-cu ildən başlayaraq ölkədə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq beş sosial islahat zərfi qəbul edilib. Bu paketlərin illik maliyyə dəyəri 8,5 milyard manat təşkil edir və 4 milyon vətəndaşın sosial təminatının yaxşılaşdırılmasına xidmət edir”.

Bizimlə əlaqə saxlayın