Hərbi texnika və silahla əlaqədar lisenziya verilməsinə görə yeni dövlət rüsumu müəyyənləşir
Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə aid edilən döyüş təyinatlı hərbi texnika və hərbi silahla bağlı lisenziya verilməsinə görə yeni dövlət rüsumu müəyyənləşir.
"Sizinxeber.az"un xəbərinə görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə döyüş təyinatlı hərbi texnikanın və hərbi silahın layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12 500 manat, saxlanılması üçün 12 500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək.
Digər dəyişikliklə isə döyüş sursatının layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12 500 manat, saxlanılması üçün 12 500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək.
Müzakirələrdən sonra dəyişiklik layihələri səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.
Oxşar xəbərlər
Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu dövlət rüsumları - Ləğv edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana gətirilən telefonların qeydiyyata alınmasına görə yeni rüsumlar I oxunuşda təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: Gələn il hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident gələn il üçün yaşayış minimumunu təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












