İlham Əliyev: Gələn il hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq
Biz Ordumuzu böyük dərəcədə gücləndirmişik, həm peşəkarlıq artdı, yeni silahlı birləşmələr yaradıldı və bu silahlı birləşmələr digər silahlı birləşmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərmişlər. Yeni silahlar, hərbi texnika alındı, gətirildi, bir çox yeni kontraktlar imzalandı.
Sizinxəbər.Az-ın xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.
Gələn il hərbi təyinatlı yerli istehsalın böyük dərəcədə artacağını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Gələn il həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, bizim hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib - YENİLƏNİB
Prezident: Ermənistan rəhbərliyi özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin
Prezident: COP29-un gələn il Azərbaycanda keçirilməsi bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir
Separatçılar mülki şəxsləri hərbi təyinatlı obyektlərə CƏLB EDİR
Dövlət başçısı: Ulu Öndərin xatirəsinə ən böyük hörmət əlaməti bizim əməllərimizdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













