Bu dövlət rüsumları - Ləğv edilir
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumları ləğv edilir.
“sx.buludhost.com” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda qüvvədə olan qaydalara görə, hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin 3 iş günü müddətində verilməsinə görə 20 manat, 5 iş günü müddətində verilməsinə görə 10 manat, fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin 3 iş günü müddətində verilməsinə görə 10 manat, 5 iş günü müddətində verilməsinə görə 5 manat dövlət rüsumu tutulub.
Oxşar xəbərlər
Baş nazirdən Milli Arxiv İdarəsi ilə bağlı qərar
Şuşa 1976-cı il: Füsunkar şəhərin arxiv görüntüləri
Azərbaycana gətirilən telefonların qeydiyyata alınmasına görə yeni rüsumlar I oxunuşda təsdiqlənib
Bu şəxslərə uşağa görə əlavə pul VERİLƏCƏK
Azərbaycanda sosial müavinətlər və təqaüdlərlə bağlı YENİLİK
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













