Media və sosial şəbəkə vasitəsilə qanunsuz silah satanların 10 ilədək həbs olunması təklifi ilk oxunuşda qəbul edilib
Media və sosial şəbəkə vasitəsilə qanunsuz silah satanların 10 ilədək həbs olunması təklifi ilk oxunuşda qəbul edilib.
“Report xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında müzakirə edilib.
Belə ki, Azərbaycanda media və sosial şəbəkədən istifadə etməklə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə məsuliyyət nəzərdə tutulacaq.
Dəyişikliyə görə, bu əməllər mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Qeyd olunan əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.
Məcəlləyə daha bir dəyişikliyə görə isə Azərbaycanda öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə məsuliyyət nəzərdə tutulacaq.
Bu şəxslər 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qeyd olunan əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq, üçüncü oxunuşda qəbul olunub.
Oxşar xəbərlər
Qanunsuz silah və partlayıcı maddələr əldə etmə, satma və gəzdirməyə görə sanksiyalar dəyişir
Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn atributları hazırlayanlar 10 ilədək həbs olunacaq
Hərbi silah və texnikanın hərəkəti barədə məlumat yayanları 8 ilədək həbs cəzası gözləyir
Təhlükəli qida məhsullarını satanların 10 ilədək həbs olunması təsdiqlənib
Qanunsuz silah gəzdirməkdə ittiham olunan şəxsə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













