Milli Məclisin sədri Sahibə Qafarova səs verib
sizinxeber.az xəbər saytı

Milli Məclisin sədri Sahibə Qafarova səs verib


Milli Məclisin sədri Sahibə Qafarova 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.

"Report" xəbər verir ki, məntəqədə səsvermənin gedişini yerli müşahidəçilər izləyirlər.

Səhər saatlarından etibarən 11 saylı seçki məntəqəsində də seçicilərin fəallığı müşahidə olunur. Məntəqədə 1482 seçici qeydiyyatdadır.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləridir. Səsvermə ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 seçki məntəqəsində keçirilir. Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var və 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Səsvermə 19:00-a qədər davam edəcək.

Oxşar xəbərlər

Məcnun Məmmədov bələdiyyə seçkilərində səs verib
Milli Məclisin sədri Sahibə Qafarova 11 saylı seçki məntəqəsində səs verib
Ombudsman bələdiyyə seçkilərində səs verib
Aran zonasında səsvermə başlayıb
Məntəqə sədri: Naxçıvanda erkən saatlardan seçici aktivliyi müşahidə olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle