MM ekoloji təhsillə bağlı TÜRKPA üçün model qanun layihəsi hazırlayıb
sizinxeber.az xəbər saytı

MM ekoloji təhsillə bağlı TÜRKPA üçün model qanun layihəsi hazırlayıb


TÜRKPA çərçivəsində Milli Məclisin hazırladığı “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” model qanun layihəsi yaxın günlərdə müvafiq komissiyanın iclasında müzakirə olunacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, layihə üzv dövlətlərin əhalisinin, xüsusən də böyüyən nəslin ekoloji təhsil və maarifləndirmə üzrə fəaliyyətinə öz töhfəsini verəcək.

Şöbə müdiri qeyd edib ki, iqlim dəyişmələrindən yaranan problemlər insan hüquqlarının pozulmasına, bununla da məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmə təcrübəsinin formalaşmasına, məsuliyyət tədbirlərinin tətbiqinə səbəb olur.

A.Vəliyev vurğulayıb ki, iqlim dəyişmələri nəticə etibarilə tək ekoloji və ya sosial-iqtisadi arealla məhdudlaşmır, həm də hüquqi məsələdir:

"Ətraf mühitdən istifadəyə uyğun olaraq situativ davranışları və sosial normaları dəyişmək lazımdır, əks halda problemlə kompleks şəkildə mübarizə aparmaq mümkün olmayacaq. Beynəlxalq hüquq - dövlətlərin qlobal ekoloji problemlərinin, xüsusən də iqlim dəyişmələrinin həlli üçün kollektiv öhdəliklər müəyyən edir, bu sahədə milli fəaliyyət planlarını qəbul etməyi və həyata keçirməyi tələb edir".

Parlamentin şöbə müdiri əlavə edib ki, proqnozlara əsasən 2050-ci ilədək dünya əhalisinin təxminən 70%-i şəhərlərdə yaşayacaq və bu da urbanizasiyanın ətraf mühitə mənfi təsirlərini azaltmaq məsələsini aktuallaşdırır:

"Şəhərdə əhalinin sağlamlığının qorunması, məşğulluğun təminatı, yaşıl məkanların sahəsinin artırılması, tullantıların idarə olunması kimi prioritet hədəflər müəyyən etməyin vaxtıdır. Bu hədəflərin reallaşması üçün ekoloji təhsil və tərbiyəyə, habelə bu sahə üzrə kadrların hazırlanmasına ehtiyac var".

Oxşar xəbərlər

TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
TÜRKPA-nın Baş katibi: Türk dövlətləri "yaşıl enerji"nin təşviqini sürətləndirməlidirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
TÜRKPA-nın komissiya sədri: Türk dövlətlərində tibb işçilərinin iqlim dəyişmələrinə hazırlıq səviyyəsi yüksəldilməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Filiz Besim: İqlim dəyişmələri ilə bağlı xəstəliklərin artması uşaqlar və yaşlı nəslin nümayəndələri üçün çox təhlükəlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İnam Kərimov: İqlim dəyişikliyi insan həyatının bütün sahələrinə təsir edir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər