Gələn həftə Milli Məclisin deputatları tətildən qayıdacaq
sizinxeber.az xəbər saytı

Gələn həftə Milli Məclisin deputatları tətildən qayıdacaq


Gələn həftə Milli Məclisin deputatları tətildən qayıdacaq.

“Report” xəbər verir ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.

Bundan başqa, Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. Bu da o deməkdir ki, qanunverici orqanın yaz sessiyasında ilk plenar iclası fevralın 3-nə təsadüf edəcək.

Oxşar xəbərlər

Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
Milli Məclis tətilə buraxılır
Milli Məclis payız sessiyasında 84 qanun, 41 qərar qəbul edib
Milli Məclisin deputatları Gürcüstanda parlament seçkilərini izləyəcəklər
Milli Məclisin 2024-cü il payız sessiyası başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər