Deputat: "Ermənistanı yenidən silahlandıranlar məqsədlərinə nail ola bilməyəcək"
Milli Məclisin deputatı Tural Gəncəliyev Ermənistanı yenidən silahlandıranların məqsədlərinə nail ola bilməyəcəklərini bildirib.
“Sizinxeber.az”un məlumatına görə, o, parlamentin dekabrın 26-da keçirilən plenar iclasında çıxışı zamanı deyib ki, bu günlərdə mətbuatda Fransanın Evian-le Ba şəhərində yerləşən parkda Xurşidbanu Natəvanın irsinə qarşı təhqiramiz hərəkətlərin edildiyi barədə məlumatlar yayılır.
"Ermənistanı yenidən silahlandıranlar revanşist qüvvələri alovlandırmaq məqsədi güdürlər, amma buna nail ola bilməyəcəklər. Təəssüflər olsun ki, vaxtilə Ermənistandan manipulyasiya aləti kimi istifadə edən, sonradan xunta rejiminin əli ilə Qarabağda xaos yaratmaq istəyən Fransa indi də Azərbaycan mədəniyyətinə qarşı, Qarabağın, mədəniyyətimizin simvolu olan Xurşidbanu Natəvana qarşı belə hərəkətlərə yol verir. İroniya ondan ibarətdir ki, dünyada mədəni və qeyri-mədəni irsin qorunmasına məhsul olan UNESCO-ya ev sahibliyini Fransa edir. Bu da çox təəssüfedici haldır. Ümumiyyətlə, Fransanın irtica siyasətini ifşa edən rıçaqlarımızı işə salmalıyıq. Fransa insan hüquqları, mədəni irslə bağlı Azərbaycana və dünyanın digər ölkələrinə dərs keçəcək sonuncu ölkədir", - T.Gəncəliyev deyib.
Oxşar xəbərlər
Deputat: “Sevən sevdiyini Parisə yox, Şuşaya aparsın” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ödənişli yoldan insanlar niyə istifadə etmir? – Vahid Əhmədov [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat: "Qərb neoimperializmi Azərbaycan lideri qarşısında aciz qalıb" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat quraqlığın təbii fəlakət hadisələri sırasına daxil edilməsini təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bu şəxslərə də müavinət veriləcək - Qanun dəyişir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












