Ödənişli yoldan insanlar niyə istifadə etmir? – Vahid Əhmədov
Ödənişli yolda tariflərə yenidən baxılması zəruridir, bu tariflər endirilməlidiir.
Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Vahid Əhmədov deyib.
O bildirib ki, azı 2-3 dəfə rayonda olub, amma ödənişli yolda şəxsi minik avtomobillərini görməyib:
“Ancaq beynəlxalq yükdaşıyan maşınlar o yoldan istifadə edir”.
Deputat hökumətdən xahiş edib ki, müharibə veteranları üçün 80 manat müavinət məbləğinə yenidən baxılsın və hərbçilərin xidmət stajının 20 ildən 25 ilə qaldırılması ilə əlaqədar qərar yalnız qanun qəbul ediləndən sonrakı şəxslərə şamil edilsin.
Deputat eyni zamanda dövlət şirkətlərinin tədricən özəlləşdirilməsinin həyata keçirilməli olduğunu diqqətə çatdırıb:
“Həmin şirkətlərə dövlət büdcəsindən vəsaitin azaldılmasına və gələcəkdə özünü maliyyələşdirməsinə nail olunmalıdır. Belə şirkətlər kifayət qədər çoxdur”.
Oxşar xəbərlər
Növbəti ildən “uşaq pulu” bərpa edilir? - AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
2024-cü ildən uşaqpulu veriləcək? [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Sosial müavinətlərdə ərzaqların qiymət artımı nəzərə alınsın” [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Turist düşünəcək ki, niyə bu yollarda ekskavatorlar illərlə işləyir?” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hərbçilərin pensiya yaşı ARTIRILIR [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












