Deputat: “Sevən sevdiyini Parisə yox, Şuşaya aparsın”
sizinxeber.az xəbər saytı

Deputat: “Sevən sevdiyini Parisə yox, Şuşaya aparsın”


 Deputatlar Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı barbarlığı pisləyiblər.

APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib ki, Azərbaycan son zamanlar beynəlxalq platformalarda çox mühüm fəaliyyət aparır.

Deputat bildirib ki, Fransada Azərbaycan parkında yazılar silinib, Xurşidbanu Natəvanın heykəlinə qarşı təhqiramiz addımlar atılıb:

“Dünyada mədəni irsin qorunmasına cavabdeh olan UNESCO-ya ev sahibliyini Fransa edir. Fransa insan hüquqları, mədəni irslə bağlı Azərbaycana və digər ölkələrə dərs keçəcək axırıncı ölkədir. Fransa Polineziyası deyilən məkanda 1960-cı ildən üzü bəri Fransa 200-dən çox nüvə silahının sınağını keçirib”.

Deputat Hikmət Babaoğlu da bildirib ki, Fransada Natəvanın heykəlinə qarşı barbarlıq edilib:

“Amma Fransa 44 günlük müharibədə əleyhimizə bəyanatlar səsləndirəndə bizdən heç kim Hüqonun əsərlərini yandırmadı. Çünki Azərbaycan mədəni xalqdır”.

Deputat Sahib Alıyev də Fransada Azərbaycan parkına qarşı addımları pisləyib:

“Bu, barbarca hərəkətdir. Sevgi şəhəri Paris yox, Şuşadır. Sevən sevdiyini Parisə yox, Şuşaya aparsın”.

Oxşar xəbərlər

Deputat: "Ermənistanı yenidən silahlandıranlar məqsədlərinə nail ola bilməyəcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tural Gəncəliyev: "Müstəmləkəçiliyə məruz qalmış xalqlarla bizim ortaq tariximiz var" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransada öz xidməti vəzifəsini yerinə yetirən azərbaycanlı jurnalistə təzyiq göstərilməsi utancvericidir - Sevil Mikayılova [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa-Azərbaycan Dostluq Qrupu fəaliyyətini dayandırdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa şəhərinin antiazərbaycan addımı: Natəvan abidəsi sökülmək təhlükəsi altındadır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər