İran generalı: Tehran İsrail tərəfinin hərəkətlərinə layiqli və sərt cavab verəcək
sizinxeber.az xəbər saytı

İran generalı: Tehran İsrail tərəfinin hərəkətlərinə layiqli və sərt cavab verəcək




"Tehran İsrail tərəfinin hərəkətlərinə layiqli və sərt cavab verəcək".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu "Ordu-2024" forumunda iştirak edən İranın Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat şöbəsinin rəis müavini, briqada generalı Əli Şadmani TASS agentliyinə açıqlamasında deyib.

"İranın nöqteyi-nəzərindən, terrorçu qruplaşma HƏMAS-ın siyasi bürosunun sədri İsmayıl Haniyənin qətli ilə bölgədə təhlükəsizlik balansını pozdu. Bunu dünyadakı çoxluq həll etmir, İran kimi güclü bir ölkə özü buna cavab verməlidir. Qisas üsulunu bizim ruhani liderimiz müəyyən edib. Bu, asan bir seçim deyildi", - deyə o bildirib.

General qeyd edib ki, bu vəziyyətə təsir edən iki amil var - bölgədəki vəziyyət və daxili məsələlərə yönəlmiş ikinci amil. O, həmçinin əlavə edib ki, bütün dövlət adamları yekdilliklə belə qərara gəliblər.

Xatırladaq ki, iyulun 31-də İsmayıl Haniyə Tehranda gecələdiyi evə raketin birbaşa düşməsi nəticəsində öldürülüb. O, ölkənin yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana gedibmiş.

 

BAKU.WS

Oxşar xəbərlər

General: İran İsrailə tezliklə güclü və qəti cavab verəcək
İsrail cavab zərbəsi endirəcək: İrandan ABŞ-yə XƏBƏRDARLIQ
XİN başçısı: BMT TŞ-nin hərəkətsizliyinə görə İran İsrailə cavab vermək məcburiyyətindədir
Məsud Pezaşkian: Tehran İsrailə cavab vermək hüququnu özündə saxlayır
İran HƏMAS liderinin Tehranda öldürülməsinə münasibət bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle