Elçin Əmirbəyov ABŞ-dəki görüşlərdə Bakı ilə İrəvan arasındakı sülh prosesini müzakirə edib - FOTO
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-yə səfəri çərçivəsində bir sıra amerikalı rəsmilərlə görüşərək Bakı – Vaşinqton münasibətləri ilə yanaşı Azərbaycanla Ermənistan arasındakı sülh prosesi ətrafında fikir mübadiləsi aparıb.
Bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyinin mətbuat xidməti, habelə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyinin sosial şəbəkə hesabında bildirilib.
“Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun ABŞ-yə işgüzar səfəri çərçivəsində Ağ evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kim, Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya Məsələləri Bürosunda Mərkəzi Asiya İşləri Ofisinin direktoru, müdafiə naziri müavininin köməkçisi Laura Kuper və Nebraska ştatından respublikaçı senator Pit Rikettslə Azərbaycan – ABŞ ikitərəfli gündəliyi, Azərbaycan – Ermənistan sülh prosesinin hazırkı vəziyyəti və regionda baş verən son hadisələri əhatə edən konstruktiv və faydalı müzakirələr aparılıb”, – diplomatik missiyanın mətbuat xidməti qeyd edib.
Səfirliyin digər paylaşımında azərbaycanlı diplomatın “ABŞ Sülh İnstitutunun təşkil etdiyi dəyirmi masada tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüşdüyü” diqqətə çatdırılıb: “Tədbir zamanı Azərbaycan – ABŞ münasibətləri, davam edən Azərbaycan – Ermənistan sülh prosesinin hazırkı vəziyyəti və perspektivləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib”.
Eyni zamanda, Azərbaycanın dünya təşkilatındakı Daimi Nümayəndəliyinin məlumatında Elçin Əmirbəyovun “Nyu-Yorka işgüzar səfəri çərçivəsində BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini Rozmari Dikarlo ilə görüşdüyü və Azərbaycan – Ermənistan sülh prosesinin hazırkı vəziyyəti və perspektivlərini, regionda baş verən son hadisələri müzakirə etdiyi” vurğulanıb.
During a working visit to 🇺🇸 Representative of the President of Azerbaijan on special assignments Elchin Amirbayov met with Special Assistant to the US President and Senior Director for Europe at NSC Michael Carpenter @mikercarpenter, Assistant Secretary of State for European and… pic.twitter.com/YLJGLufwox
— Azerbaijan Embassy US (@azembassyus) August 1, 2024
Representative of the President of the Republic of Azerbaijan on special assignments Mr. Elchin Amirbayov met with the representatives of prominent think tanks at the roundtable organized by @USIP. 🇦🇿🇺🇸 relations, current status and prospects of the ongoing 🇦🇿 🇦🇲 peace process,… pic.twitter.com/T0J9jI4KAF
— Azerbaijan Embassy US (@azembassyus) August 1, 2024
Within the framework of a working visit to NY, Mr. Elchin Amirbayov, Representative of the President of the Republic of Azerbaijan on special assignments, met with @DicarloRosemary, UN Under-Secretary-General for Political and Peacebuilding Affairs (@UNDPPA) and discussed the… pic.twitter.com/zDccGFdbWa
— Azerbaijan UN 🇦🇿 (@AzmissionUN) August 1, 2024
Oxşar xəbərlər
Elçin Əmirbəyov ABŞ-dəki görüşlərdə Bakı ilə İrəvan arasındakı sülh prosesini müzakirə edib
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisini qəbul edib - YENİLƏNİB
Azərbaycan və Rusiya XİN-ləri arasında regional və Avropa təhlükəsizliyi üzrə məsləhətləşmələr olub - YENİLƏNİB
Ceyms O’Brayn Bakı ilə İrəvan arasında sülhün Orta Asiya ölkələri üçün əhəmiyyətinə toxunub
Elçin Əmirbəyov: “Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalansa, Avropa bundan yalnız faydalanacaq”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












