Azərbaycan və Rusiya XİN-ləri arasında regional və Avropa təhlükəsizliyi üzrə məsləhətləşmələr olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Azərbaycan və Rusiya XİN-ləri arasında regional və Avropa təhlükəsizliyi üzrə məsləhətləşmələr olub - YENİLƏNİB


Bakı şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər nazirlikləri arasında regional və Avropa təhlükəsizliyi mövzusunda məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Məsləhətləşmələr Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko arasında aparılıb.

Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb, hər iki ölkənin birgə iştirak etdiyi regional əməkdaşlıq formatları çərçivəsində əməkdaşlıq məsələlərini, habelə, Avropa regional təşkilatlarının gündəliyində duran qarşılıqlı maraq kəsb edən mövzuları müzakirə ediblər.

15:58

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun ikigünlük səfər çərçivəsində Azərbaycanda keçirdiyi görüşlərin detalları açıqlanıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya XİN başçısının müavini azərbaycanlı həmkarı Araz Əzimovla görüşüb. Görüşdə regional və Avropa təhlükəsizliyi məsələləri müzakirə edilib.

Eyni zamanda A.Qruşkonu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qəbul edib. Eləcə də diplomat Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşüb.

Görüşlər zamanı Cənubi Qafqazda və Avropanın təhlükəsizliyi sahəsində, o cümlədən ATƏT-də qarşılıqlı fəaliyyət, Avropa Şurasındakı vəziyyət müzakirə olunub. Eləcə də, ölkələrimizin Avropa İttifaqı və NATO ilə münasibətləri ətrafında geniş fikir mübadiləsi aparılıb, ikitərəfli və beynəlxalq gündəlikdəki aktual məsələlərə də toxunulub.

“Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasında region dövlətlərinin aparıcı rolu və xüsusi məsuliyyəti vurğulanıb. Hər iki tərəf regional və Avropa təhlükəsizlik məsələləri üzrə sıx dialoqun davam etdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər”, - Rusiya XİN-dən vurğulanıb.

Oxşar xəbərlər

Azərbaycan və Monteneqro XİN başçıları regional məsələləri müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayramov Kassislə erməni təxribatını müzakirə etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və İran XİN başçıları münasibətlərin normallaşması üçün atılmalı addımları müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan və Rəisi “3+3” platforması üzrə fikir mübadiləsi aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov almaniyalı həmkarı ilə Azərbaycan-Ermənistan arasında sülh perspektivlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər