Prezident İlham Əliyev Misir Senatının sədrini qəbul edib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev Misir Senatının sədrini qəbul edib - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeqi qəbul edib.

Sizinxeber.az xəbər verir ki, qonaq Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Abdel Vahab Abdel Razeq vurğuladı ki, Misir Prezidenti dövlətimizin başçısı ilə görüşlərini məmnunluqla xatırlayır.

Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Misir dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Senatın sədri Azərbaycanla Misir arasında əlaqələrin tarixi və dostluq xarakteri daşıdığını deyərək, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləklərini qeyd etdi.

Dövlətimizin başçısı İlham Əliyev Prezident Əbdülfəttah əs-Sisinin Azərbaycana, özünün isə Misirə səfərini, bu səfərlər çərçivəsində Misir Prezidenti ilə görüşlərini və apardığı müzakirələri məmnunluqla xatırladı.

Görüşdə əlaqələrimizin inkişafında iki ölkənin qanunverici orqanlarının əməkdaşlığının və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin mühüm rola malik olduğu vurğulandı.

Söhbət zamanı Azərbaycanla Misir arasında iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

***

saat 10.53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeqi qəbul edib.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Oxşar xəbərlər

Misir Senatının sədri Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Pakistan Senatının sədrini qəbul edib - YENİLƏNİB
Prezident Konqo Demokratik Respublikasının yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO - YENİLƏNİB
Prezident İlham Əliyev Belarus Milli Assambleyası Respublika Şurasının sədrini qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev Kazanda Milorad Dodik ilə görüşüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle