Prezident: Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var
Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.
“Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də daha sıx olur. Çünki, bəli, biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq. Biz liderlər və hökumətlər olaraq dostuq. Lakin bizim xalqlarımızın da daha çox yaxınlaşmasına, onların da dost olmasına ehtiyacımız var”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Oxşar xəbərlər
Prezident: Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar
Prezident İlham Əliyev: Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib - FOTO
Azərbaycan Prezidenti: Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur
Prezident İlham Əliyev: Çinlə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













