Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırış yaşının 30-a endirilməsi ilə bağlı qanunu təsdiqləyib
Müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilir.
Sizinxeber.az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliyin tətbiqi barədə fərmanda əksini tapıb.
Hazırda qüvvədə olan qanuna əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. Yeni qanuna əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları olacaq.
Beləliklə, çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalı idilərsə, dəyişikliyə əsasən həmin şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılacaqlar.
Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılacaqlar. Çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət də 30 yaşa qədər veriləcək.
Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunacaq və ehtiyata keçiriləcəklər.
Oxşar xəbərlər
Müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilir
Hərbi xidmətdən azad edilənlər öz arzuları ilə hərbi xidmətə çağırıla bilərlər
Azərbaycan Prezidenti hərbi xidmətə çağırış və ehtiyata buraxılma haqqında Sərəncam imzalayıb
Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
Müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddinin azaldılmasına aydınlıq gətirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













