Dövlət başçısı: AZAL-ın təyyarəsi Rusiyanın hava məkanında kənar müdaxiləyə məruz qalıb
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi Rusiyanın hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qalıb və idarəetməni tam itirib, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirilib və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bilib.
Sizinxeber.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib.
Dövləti başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.
Oxşar xəbərlər
Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib
AZAL: Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb
AZAL-ın prezidenti: Təyyarədə texniki nasazlıq olmayıb
Təyyarə qəzası: Ölən və yaralananlar, Azərbaycan rəhbərliyinin çevik reaksiyası, Qazaxıstanın qardaş dəstəyi - REZUME
Peru Azərbaycana başsağlığı verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













