Prezident İlham Əliyev Azərbaycanın D-8-ə üzv qəbul edilməsi ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı "X" platformasında paylaşım edib.
APA xəbər verir ki, paylaşımda deyilir:
“Bu gün Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı Azərbaycanın təşkilata üzv qəbul edilməsinə görə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkürümü bildirirəm.
Azərbaycanın namizədliyinə dəstək bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir.
Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu, bizim üçün qürur mənbəyidir.
Öz həmkarlarımı əmin edirəm ki, Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib
Azərbaycan D-8-in üzvü seçilib
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev: Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş olaraq fəaliyyət göstərir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













