Azərbaycan dövlət başçısı İsveçrə Konfederasiyasının Prezidentini təbrik edib
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherdə məktub ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
"Hörmətli xanım Prezident,
İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, Azərbaycan ilə İsveçrə arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. Ölkəmizin noyabr ayında ev sahibliyi edəcəyi COP29 çərçivəsində iqlim dəyişmələri ilə mübarizə sahəsində İsveçrə ilə sıx əməkdaşlıq edəcəyimizə ümidvaram.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, İsveçrə Konfederasiyasına daim rifah və firavanlıq diləyirəm".
Oxşar xəbərlər
İlham Əliyev İsveçrə Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Maldiv liderini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev isveçrəli həmkarını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Portuqaliya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Nikolas Maduronu təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












