Prezident İlham Əliyev Nikolas Maduronu təbrik edib
Prezident İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Morosa təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
"Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan-Venesuela münasibətlərinin dinamik inkişafı məmnunluq doğurur. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələrinin, həm ikitərəfli, həm də çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bir daha Sizə təbriklərimi və ən xoş arzularımı çatdırır, dost Venesuela xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
Oxşar xəbərlər
Portuqaliya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Surinam Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vahid Ələkbərov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Liviya Prezident Şurasının Sədri Azərbaycan dövlət başçısını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sauli Niinistö Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












