Vahid Ələkbərov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Seçkilərdə qələbəniz Sizin bütün təşəbbüslərinizin əsasında hər şeydən əvvəl ümumbəşəri dəyərləri əsas götürən, ölkəni dinamik inkişaf və tərəqqi yolu ilə inamla irəli aparan tərəqqipərvər və təcrübəli rəhbər kimi xalqın etimadını qazandığınızı təsdiq edir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji, dost Azərbaycan xalqının rifahı naminə çoxşaxəli fəaliyyətinizdə yeni qələbələr və uğurlar arzulayıram".
Oxşar xəbərlər
Aviqdor Liberman Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Portuqaliya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
Nursultan Nazarbayev Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
Sauli Niinistö Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













