

Doğma yurduna qayıdan Kəngərli sakini dövlət başçısına təşəkkür edib
Allah Prezidentimizə can sağlığı versin, belə gözəl günü bizə yaşatdı.
Bunu “Report”a Ağdam rayonunun Kəngərli kəndinə qayıdan keçmiş məcburi köçkün Mehman Ağayev deyib.
O, şəhidlərə də rəhmət diləyib: “Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Qarabağa onların sayəsində qayıdırıq”.
M.Ağayev qeyd edib ki, məcburi köçkünlük həyatı başa çatıb: “1993-cü ilə məcburi köçkün düşmüşdük. İndi doğma yurdumuza qayıdırıq”.
Qeyd edək ki, Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Kəngərli kəndinə daha 50 ailə - 207 nəfər köçürülüb.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
Xatırladaq ki, mayın 23-də Kəngərli kəndinə köç karvanı çatıb, evlərin açarları təqdim olunub. Həmin mərhələdə köçürülən 232 nəfərdən ibarət 49 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.
Beləliklə, bu gün baş tutan köç də nəzərə alınmaqla Ağdam rayonunun Kəngərli kəndinə cəmi 159 ailə (694 nəfər) köçürülüb.
Oxşar xəbərlər
Keçmiş məcburi köçkün: 13 yaşımda didərgin düşdüyüm Sarıcalıya beş uşağımla qayıdıram
Keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
Keçmiş məcburi köçkün: Otuz iki ildən sonra nəhayət ki, yurdumuza qayıdırıq
Keçmiş məcburi köçkün: Uzun illər sonra Xocalımıza qayıdırıq
Şuşa sakini: Sevincimizin hədd-hüdudu yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
