Prezident FHN-in 20 illik yubiley medalının təsis olunmasını təsdiqləyib
sizinxeber.az xəbər saytı

Prezident FHN-in 20 illik yubiley medalının təsis olunmasını təsdiqləyib


Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı təsis olunub.

“Sizinxeber.az” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, yubiley medalı ilə Azərbaycanın fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif ediləcəklər.

Yubiley medalı döşün sol tərəfinə, digər orden və medalları olduqda “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycan Respublikasının yubiley medalından sonra taxılacaq.

Oxşar xəbərlər

Fövqəladə Hallar Nazirliyinin yubiley medalı təsis ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı təsis ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı təsis edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı təsis edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər