Deputat: “Sülh missiyası” adı altında yeni eskalasiya riski yaratmağa can atırlar
sizinxeber.az xəbər saytı

Deputat: “Sülh missiyası” adı altında yeni eskalasiya riski yaratmağa can atırlar


Cənubi Qafqaz həssas region kimi hər zaman böyük güclərin maraq dairəsində olub. Bu coğrafiyada dünyanın gözü qarşısında işğal, soyqırımı, etnik təmizləmə siyasəti baş verib.

Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisdə “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda keçirilən ictimai müzakirədə deputat Nigar Məmmədova deyib.

Onun sözlərinə görə, 30 ilə yaxın davam edən işğal siyasətinə son qoymaq üçün beynəlxalq güclər tərəfindən bir dəfə də olsun ədalətli addım atılmayıb, işğala məruz qalanla işğalçı arasında fərq qoyulmayıb: “İkili standartlar siyasəti özünü ən çirkin formada büruzə verib. Başda ATƏT-in Minsk Qrupunun həmsədrləri olmaqla bütün beynəlxalq güclər Cənubi Qafqazda “status-kvo”nun qorunub saxlanması, işğalın davam etməsi üçün əlindən gələni edib”.

Deputat qeyd edib ki, Azərbaycan öz gücü, qətiyyəti, prinsipiallığı hesabına beynəlxalq hüquq normaları çərçivəsində ədaləti təmin edib: “2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Böyük Zəfər sayəsində bölgədə yeni reallıqlar yaranıb. Bu reallıqlar regionu sülh və əməkdaşlıq bölgəsinə çevirmək üçün yaxşı fürsətdir. Amma işğal dövründə regionu münaqişə bölgəsinə çevirməkdə maraqlı olan qüvvələr bu gün yenə öz ampluasındadır. Cənab Prezidentin də söylədiyi kimi, Azərbaycanın böyük layları tərpətməsini həzm edə bilməyən qüvvələr var. Məhz bu qüvvələr bu və ya digər formada qeyri-ənənəvi güc alətlərindən hibrid hücumlardan istifadə edərək, regionda dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasına mane olurlar. Açıq şəkildə “sülh missiyası” adı altında yeni eskalasiya riski yaratmağa can atırlar. Ermənistan üzərindən çirkin planlar quraraq, ondan “sülh göyərçini” düzəltməyə çalışırlar. Hər cəhdlə region ölkələrinin öz aralarında bir araya gəlməsini, regionda uzunmüddətli sabitliyin yaranmasını istəmirlər. “Mülki missiya” adı altında destruktiv qüvvələrin bölgəyə yerləşməsi, sərhəddə intensiv təxribatların törədilməsi və dezinformasiya şəbəkəsinin aktivləşməsi hibrid təhdidlərin tərkib hissəsidir. 44 günlük Vətən müharibəsi dövründə, eyni zamanda, COP29 iqlim konfransı zamanı da Azərbaycan əlaqələndirilmiş şəkildə təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildi. Ölkəmizə qarşı təşkil edilən hibrid hücumların təhlili göstərir ki, aparılan kampaniyalar geniş kütlələrə çatmayıb, qarşıya qoyulan məqsədlərə nail olunmayıb”.
Nigar Məmmədova təəssüflə qeyd edib ki, “bu gün parlamentlər, bəzi beynəlxalq dırnaqarası demokratiya və insan hüquqları təşkilatları, vətəndaş cəmiyyəti institutlarından ölkəmizə qarşı hibrid hücum alətləri kimi istifadə olunur”.

“Erməni lobbisi ilə sıx bağlı olan şəxslərdən istifadə edilməklə Azərbaycana qarşı əlaqələndirilmiş şəkildə hibrid hücumlar həyata keçirilir. Prosesə beynəlxalq media da cəlb olunur və ölkəmizə qarşı siyasi, diplomatik təzyiq üçün kampaniyalar təşkil olunur. Bir sözlə, hibrid təhdidlərin tərifini verənlər bu hücumları həyata keçirmək üçün müxtəlif mexanizmlər də düşünüb, ondan çirkin formada istifadə edirlər.
Buna cavab olaraq, səmərəli siyasi-ideoloji təbliğatın aparılması, informasiya təhlükəsizliyinin, kibermüdafiə sistemlərinin gücləndirilməsi vacib faktorlardan biridir. Sabitliyi pozmaq və ictimai şüuru manipulyasiya edən, zərərli ideologiyanın təbliğatçılarına qarşı mübarizədə dövlət və cəmiyyət səviyyəsində görülən mübarizə tədbirləri effektiv nəticələr verir. Eyni zamanda, beynəlxalq əməkdaşlıq, ortaq media platformalarının, informasiya mübadiləsinin gücləndirilməsinə də ehtiyac var. Bu mənada diaspor təşkilatlarının da üzərinə böyük məsuliyyət düşür. Belə ki, yüksək səviyyəli təşkilatlanma, yeni əməkdaşlıq formatları yaratmaqla hibrid hücumlara qarşı nəticələr əldə etmək mümkündür. Hesab edirəm ki, maarifləndirmənin, media savadlılığının artırılması, xüsusilə kiberhücumlardan qorunmaq üçün təlimlərin təşkili də məqsədəuyğundur. Bir sözlə, hibrid təhdidlərə qarşı hibrid müdafiələr gücləndirilməli, bu prosesdə mübarizə də eyni dərəcədə dinamik olmalıdır”.

Oxşar xəbərlər

Ermənistan Qərbin dəstəyi ilə həm də İran istiqamətində hərbi fəaliyyətlər həyata keçirir
Türkiyəli deputat: "Azərbaycan Cənubi Qafqazda birgəyaşayışın nümunəsidir"
Komissiya sədri: Qərbdə bəzi dairələr erməni lobbisinin sifarişi ilə Azərbaycana qarşı hibrid təhdidlərə başlayıb
Deputat: Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq Cənubi Qafqazda sabitliyə xidmət etmir
Komissiya sədri: Ermənistan Fransanın dəstəyi və təhriki ilə Azərbaycana qarşı hərbi əməliyyatlara əl ata bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər