Ermənistan Qərbin dəstəyi ilə həm də İran istiqamətində hərbi fəaliyyətlər həyata keçirir
“Aİ missiyası bölgəyə gələndən sonra hərbi fəaliyyətlərin sayı 3,5 dəfə artıb”.
APA xəbər verir ki, bunu Milli Məclisdə “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda keçirilən ictimai müzakirədə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov deyib.
O bildirib ki, Aİ missiyasının personalının həmsərhəd ərazilərə tez-tez səfər etməsi və Fransa kimi ölkələrin verdiyi hərbi dəstək nəzərə alınsa, görülən işlər avropalı hərbi ekspertlərin nəzarəti altında NATO standartlarına uyğun həyata keçirilib: “Peyk görüntülərinin analizi zamanı məlum olur ki, Ermənistan Qərbin dəstəyi ilə həm də İran istiqamətində hərbi fəaliyyətlər həyata keçirir”.
Oxşar xəbərlər
Aİ missiyasının fəaliyyətə başlamasından sonra Ermənistan Azərbaycanla sərhəddə çox sayda hərbi təyinatlı obyekt tikib
Komissiya sədri: Ermənistan Fransanın dəstəyi və təhriki ilə Azərbaycana qarşı hərbi əməliyyatlara əl ata bilər
Komissiya sədri: Qərbdə bəzi dairələr erməni lobbisinin sifarişi ilə Azərbaycana qarşı hibrid təhdidlərə başlayıb
MM Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası: Anti-Azərbaycan kampaniyasına 300-dən çox hesab cəlb edilib
Deputat: Bəzi qüvvələr erməni lobbisinin sifarişləri ilə Azərbaycana qarşı hibrid təhdidlər yaratmağa başladılar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













