Sürücülərə yağışlı hava şəraiti ilə əlaqədar ehtiyatlı olmaq tövsiyə edilib
sizinxeber.az xəbər saytı

Sürücülərə yağışlı hava şəraiti ilə əlaqədar ehtiyatlı olmaq tövsiyə edilib


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməyi, sürət həddini yol və hava şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin tormozlamadan çəkinməyi xahiş edir.

Sizinxeber.az-nın xəbərinə görə, müraciətdə bildirilib ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.

Oxşar xəbərlər

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP-dən sürücülərə XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP: Güclü külək yollarda qəza riskini artırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP sürücülərə çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan belçikalı həmkarı Hadija Labiblə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər