DYP-dən sürücülərə XƏBƏRDARLIQ
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT EDİB.
Sizinxeber.az-ə daxil olan müraciətdə deyilir ki, idarə yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməyi, sürət həddini yol və hava şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin tormozlamadan çəkinməyi xahiş edir.
Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.
Oxşar xəbərlər
BDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Dövlət Yol Polisi qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yol polisindən köhnə maşın sahiblərinə xəbərdarlıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












