Bakıda bir sıra obyektlər və memarlıq abidələri mavi rənglə işıqlandırılıb
Bakıda bir sıra obyektlər və memarlıq abidələri mavi rənglə işıqlandırılıb.
"Sizinxeber.az" xəbər verir ki, “Socar Tower”, “Alov qüllələri”, Qız qalası, “Hilton” otel, “Bakı Kristal Zal” kimi obyektlər və memarlıq abidələri Dünya Autizm Maarifləndirmə Günü ilə əlaqədar mavi rəngə boyanıb.
Aksiya ictimaiyyətin diqqətini autizmli şəxslər və onların problemlərinə yönəltmək, autizm haqqında kütləvi maarifləndirmə aparmaq məqsədilə həyata keçirilib.
Qeyd edək ki, hər il aprelin 2-də Dünya Autizm Maarifləndirmə Günü, aprel ayı isə Dünya Autizm Maarifləndirmə Ayı kimi qeyd edilir. Ay ərzində autizmə, neyromüxtəlifliyə və inklüzivliyə diqqət çəkməyə çalışılır. Həmin tədbirlər çərçivəsində hər il aprelin 2-də dünya miqyasında mötəbər binaların mavi rənglə işıqlandırılması aksiyası keçirilir.
Oxşar xəbərlər
Mütəxəssis: Valideyn autizmli övladının nitqinin inkişafını istəyirsə, onunla danışarkən konkret olmalıdır
Azərbaycanda 5 min autizm sindromlu əlilliyi olan şəxs var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb

