Ötən ay azad edilən ərazilərdə 3583,8 hektar minalardan təmizlənib
sizinxeber.az xəbər saytı

Ötən ay azad edilən ərazilərdə 3583,8 hektar minalardan təmizlənib


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, azad olunan ərazilərdə yanvar ayı ərzində 257 tank əleyhinə mina, 505 piyada əleyhinə mina, 1497 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 3583,8 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.

Oxşar xəbərlər

Ötən ay azad edilmiş ərazilərdə 767 mina zərərsizləşdirilib
ANAMA: Bu il Qarabağda 6 min 500-dən çox mina zərərsizləşdirilib
Azad edilmiş ərazilərdə bir ay ərzində daha 541 mina aşkar edilib
Ötən həftə azad olunan torpaqlarda 722 hektar ərazi minalardan təmizlənib
Ötən həftə azad olunmuş ərazilərdə 152 mina zərərsizləşdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər