Daha 200 sakin Cəbrayıl şəhərinə qayıdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
noy
2024
07:30

Daha 200 sakin Cəbrayıl şəhərinə qayıdır

29 noy, 2024
07:30
732

Daha 200 sakin Cəbrayıl şəhərinə qayıdır

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınır.

“Report”un xəbərinə görə, bu mərhələdə Cəbrayıl şəhərinə 40 ailə - 200 nəfər köçürülür.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri, hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan bərpa-quruculuq layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın sakin yaşayır.

Bizimlə əlaqə saxlayın