MSK-ya daxil olan müraciəti Baş Prokurorluq araşdıracaq
sizinxeber.az xəbər saytı

MSK-ya daxil olan müraciəti Baş Prokurorluq araşdıracaq


Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda Komissiyaya daxil olmuş müraciətə baxılıb.

Bu barədə “Report”a Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən bildirilib.

Beynəlxalq müşahidə missiyası təmsilçilərinin, habelə media nümayəndələrinin iştirak etdiyi iclasda öncə həyata keçirilən araşdırılma prosesi barədə ətraflı məlumat verilib. Bildirilib ki, daxil olmuş müraciətlə əlaqədar, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvü tərəfindən hərtərəfli və obyektiv araşdırma aparılıb, müvafiq rəy verilib və seçki qanunvericiliyində nəzərdə tutulmuş müddətdə və qaydada, operativ şəkildə iclasa çıxarılaraq Komissiya üzvlərinin müzakirəsinə təqdim olunub.

Mərkəzi Seçki Komissiyasının iclasında aparılan geniş müzakirələrdən sonra müraciətin aidiyyəti üzrə araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinə qərar verilib.

Oxşar xəbərlər

MSK ilk dəfə Ekspert qruplarının üzvləri üçün yaddaş kitabçası hazırlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəffaflıq baxımından bizim göstəricilər beynəlxalq standarlara uyğundur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dairə seçki komissiyalarının tərkibi niyə dəyişdirildi? - RƏSMİ AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK-nın Media Mərkəzi fəaliyyətə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər