Şəffaflıq baxımından bizim göstəricilər beynəlxalq standarlara uyğundur
Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən lazımi addımlar atılır.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O qeyd edib ki, MSK üzərinə düşən tədbirləri yüksək səviyyədə həyata keçirir.
M.Pənahov bildirib ki, seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı ölkədə ictimai siyasi sabitlik var. “Seçkilərin keçirilməsi üçün Azərbaycanda beynəlxalq səviyyədə qanunvericilik mövcuddur. Şəffaflıq baxımından da bizim göstəricilər beynəlxalq standarlara uyğundur”, - deyə M.Pənahov əlavə edib.
MSK sədri əlavə edib ki, seçki komissiyaları üçün yaradılan şərait nümunəvidir: “Eyni zamanda seçkiləri müşahidə etmək üçün müraciətlərə müsbət cavab verilir. Həmçinin MSK beynəlxalq müşahidəçilərə müraciət göndərir. Azərbaycanda seçkilərdə vebkameralar tətbiq edilir. Şəffaflıq baxımından vebkameralardan üstün bir şey ola bilməz. Mindən artıq seçki məntəqələrində vebkameralar quraşdırılır”.
Oxşar xəbərlər
Müəyyən qərəzli beynəlxalq qurumlar var ki, seçkilərdən sui istifadə edirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu seçkilər yüzilliklərə düşən seçkilər olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Seçkilərin hər mərhələsində daha da irəli getmişik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad edilən ərazilərdə seçki məntəqələri yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dairə seçki komissiyalarının tərkibi niyə dəyişdirildi? - RƏSMİ AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












