MSK-nın Media Mərkəzi fəaliyyətə başlayıb
sizinxeber.az xəbər saytı

MSK-nın Media Mərkəzi fəaliyyətə başlayıb


Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçki - 2024” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb.

“Report” xəbər verir ki, mərkəzin məqsədi 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri, onun ayrı-ayrı mərhələləri, səsvermə prosesi, seçki institutlarının, müşahidə missiyalarının, ekzitpol (exit-poll) keçirən təşkilatların fəaliyyəti haqqında dolğun məlumatları Azərbaycan ictimaiyyətinə, yerli və xarici mediaya operativ şəkildə çatdırmaqdır.

Mərkəzin "www.secki-2024.az" saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

Saytda seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatları yerləşdirilir. Eyni zamanda, seçkilərlə bağlı foto və videomateriallar təqdim edilir.

Mərkəzin həm feysbuk səhifəsi, həm də teleqram kanalı aktiv fəaliyyət göstərir.

Oxşar xəbərlər

Azad edilən ərazilərdə seçki məntəqələri yaradılıb
Prezident seçkiləri ilə bağlı YAP-ın yerli qərargahları yaradılıb, tərkibi təsdiqlənib
Putin prezidentliyə namizədliyi barədə seçki komissiyasına məlumat göndərib
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib
Dairə seçki komissiyalarının tərkibi niyə dəyişdirildi? - RƏSMİ AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər