Xronika: Qafqazda olan türk damğaları Altayda tapılanlardan 1400 il qədimdir
sizinxeber.az xəbər saytı

Xronika: Qafqazda olan türk damğaları Altayda tapılanlardan 1400 il qədimdir


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

"Report" xəbər verir ki, “Qafqazda olan türk damğaları Altayda tapılanlardan 1400 il qədimdir” adlı buraxılışda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Araz Qurbanov Azərbaycan ərazisində olan damğalar, rəmzlər və onların türk mənşəli olmasından söz açır.

Onun sözlərinə görə, Azərbaycanda rast gəlinən damğalar ortaq türk irsinin nümunələridir: “Damğalar sübut edir ki, türklər Qafqazdan Altaya köçüblər. Qafqazda olan türk damğaları Altayda tapılanlardan 1400 il qədimdir. Türklərdə damğa dövlətçilik rəmzi kimi çıxış edirdi. Arsak damğaları onların türk olduğunu sübut edir. Dərbənd qalasının üzərindəki damğalar onu tikən türk tayfalarının işarəsidir”.

O deyib ki, türk damğaları Tanrıçılıq inancları ilə bağlıdır: “Alban məbədləri beşguşəli bünövrə ilə səlcuq üslubunda tikilib. Türk boylarının tarixi onların damğalarındadır”.

A.Qurbanov sonda Xudavəng monastırındakı Həsən Cəlaləddövlənin möhürünün mənasından.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 19-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

Oxşar xəbərlər

Qərbi Azərbaycan Xronikası: "Ermənilərin Qafqazda ilk abidəsi 1869-cu ildə Bakıda tikilən kilsədir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycan Xronikası: "Gümrü Kimmer türk tayfasının adını əks etdirir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təsis edilməsindən 12 il ötür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycan Xronikası: "Qərbi Azərbaycanda "Qurd ağzı bağlama" ayini" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türk Akademiyasının prezidenti: Ortaq əlifba xalqlar arasında əlaqələrin gücləndirilməsində əsas vasitədir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər