Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi geniş nümayəndə heyəti Qazaxıstanda keçiriləcək referendumu müşahidə etmək məqsədilə bu ölkəyə səfər edib.
Bu barədə "Sizinxeber.az"a MSK-dan məlumat verilib.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvətinə əsasən reallaşdırılan səfər çərçivəsində M.Pənahovun Qazaxıstanlı həmkarı ilə yanaşı, digər rəsmi şəxslər, eləcə də referendumun müşahidəsinə qatılan təşkilatlar və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşlər keçirməsi, seçkilərə bağlı müxtəlif istiqamətlərdə əlaqələrin inkişaf perspektivləri, əməkdaşlıq imkanları və qarşılıqlı maraq kəsb edən məsələlərlə ətrafında müzakirələr aparılması nəzərdə tutulur.
Mərkəzi Seçki Komissiyasının təmsilçiləri, həmçinin Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyi müşahidə missiyalarının tərkibində də sözügedən referendumun izlənilməsində iştirak edirlər.
MSK nümayəndələri səsvermə günü Qazaxıstan paytaxtında və bölgələrdə yerləşən məntəqələrdə müşahidə aparacaqlar.
Oxşar xəbərlər
MSK sədri Qazaxıstanda referendumu müşahidə edəcək
TDT Qazaxıstanda AES-in tikintisi ilə bağlı referenduma müşahidəçilər göndərəcək
Azərbaycan və Özbəkistan MSK rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər
Azərbaycanlı deputatlar Qazaxıstanda referendumu müşahidə edəcəklər
MSK-ya daxil olan müraciəti Baş Prokurorluq araşdıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













