Naxçıvanda Heydər Əliyev Muzeyində müasir havalandırma və siqnalizasiya sistemləri qurulacaq
sizinxeber.az xəbər saytı

Naxçıvanda Heydər Əliyev Muzeyində müasir havalandırma və siqnalizasiya sistemləri qurulacaq


Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyində müasir havalandırma, yanğın təhlükəsizliyi və siqnalizasiya sistemlərinin quraşdırılması nəzərdə tutulur.

"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, artıq bununla bağlı Naxçıvan MR Mədəniyyət Nazirliyi tərəfindən satınalma işlərinə başlanılıb, açıq tender elan edilib.

Eyni zamanda muzeyin və Naxçıvan Dövlət Milli Dram Teatrının qarşısındakı parkda da tikinti işlərinə başlanacaq, müasir işıqlandırma sistemləri qurulacaq.

Bu istiqamətdə artıq layihələndirmə işlərinə start verilib.

Oxşar xəbərlər

Naxçıvanda yeni uşaq bağçaları və müasir məktəb binalarının tikintisi nəzərdə tutulur
Naxçıvanda maşın piyadanı vuraraq öldürüb
Naxçıvanda yeni publik şəxslər təsis edilib
Bakı aeroportuna gediş-gəliş sistemi tam yenidən qurulacaq
Azərbaycanda yerli istehsala aid suvarma sistemləri 60 % güzəştlə satılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər