Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olunub
Azərbaycanda sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olunub.
"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Mədəniyyət Nazirliyinə Azərbaycan Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanda hər il 26 avqust - Laçın şəhəri günü, 4 oktyabr - Cəbrayıl şəhəri günü, 17 oktyabr - Füzuli şəhəri günü, 20 oktyabr - Zəngilan şəhəri günü, 25 oktyabr - Qubadlı şəhəri günü, 8 noyabr - Şuşa şəhəri günü, 20 noyabr - Ağdam şəhəri günü, 25 noyabr - Kəlbəcər şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.
Oxşar xəbərlər
Azərbaycanda Zəfər Günü qeyd olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Laçın Şəhəri Günüdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vətən müharibəsinin başlamasından üç il keçir - Anım Günü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Füzuli şəhərinin işğaldan azad edilməsindən 3 il ötür [xfgiven_updateblue][/xfgiven_updateblue]
"GREEN CLEANİNG" xalqımızı təbrik edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











