FHN azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlara müraciət edib
sizinxeber.az xəbər saytı

FHN azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlara müraciət edib


Fövqəladə Hallar Nazirliyi (FHN) səlahiyyətləri çərçivəsində ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə vətəndaşların yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi işini davam etdirir.

"Report" xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə yaşayan, işləyən, həmçinin həmin ərazilərə səfər edən vətəndaşlarla yanğın təhlükəsizliyinə dair profilaktik söhbətlər aparılıb.

Xankəndi şəhərində, Qubadlı, Zəngilan, Xocalı və Xocavənd rayonlarında aparılmış növbəti maarifləndirmə işləri çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan, tikinti, yenidənqurma və bərpa işləri ilə məşğul olan, ictimai-iaşə obyektlərində çalışan, o cümlədən istirahət və işgüzar məqsədlərlə meşə, açıq ərazi və əkin sahələrinə gedən vətəndaşlara zəruri yanğın təhlükəsizliyi qaydaları ətraflı izah olunaraq onlara əyani vəsaitlər təqdim edilib.

FHN bir daha vətəndaşlara müraciət edərək işğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ciddi riayət edilməsinin vacibliyini xatırladır.

Oxşar xəbərlər

FHN azad olunmuş ərazilərdə təhlükəsizlik barədə maarifləndirilmə işini davam etdirir - FOTOLENT
Azad olunmuş ərazilərdə başlayan yanğın meşə massivinə keçib - YENİLƏNİB
ANAMA azad edilmiş ərazilərdəki yanğınlarla bağlı vətəndaşlara çağırış edib
ANAMA azad edilmiş ərazilərdə meşə sahələrində yanğınlarla bağlı müraciət edib
Azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle