sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Naxçıvan Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad edilib
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad olunub.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 30 iyul 2024-cü il tarixli Sərəncama əsasən, Namiq Nəriman oğlu Paşayev Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Həmçinin eyni tarixli digər Sərəncamla Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Məhərrəm Hüseyn oğlu Abbasova həvalə olunub.
Oxşar xəbərlər
Naxçıvan Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad olunub
Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
Naxçıvan Ali Məclisində istefa
Azərbaycanda yeni nazirlik yaradıldı
Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası ləğv edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













