sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Naxçıvan Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad olunub
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad olunub.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 30 iyul 2024-cü il tarixli Sərəncama əsasən Namiq Nəriman oğlu Paşayev Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Həmçinin eyni tarixli digər bir Sərəncamla isə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Məhərrəm Hüseyn oğlu Abbasova həvalə edilib.
Oxşar xəbərlər
Naxçıvan Dövlət Vergi Xidmətinə rəis təyin edilib
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi ləğv edilib
Kəmaləddin Heydərov Naxçıvan FHN-də müşavirə keçirib
Türkiyənin İğdır şəhərində “Naxçıvan fotolarda” adlı fotosərginin açılışı baş tutub
Naxçıvan Gənclər və idman İdarəsinin rəisi işdən çıxarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













