Şuşa sakini: 32 ildən sonra yurdumuza qayıtmağımıza sevinirik
sizinxeber.az xəbər saytı

Şuşa sakini: 32 ildən sonra yurdumuza qayıtmağımıza sevinirik


Hamımız sevinirik ki, 32 ildən sonra yurdumuza qayıdırıq.

Bunu “Sizinxeber.az”a açıqlamasında Şuşa sakini, keçmiş məcburi köçkün Firuzə Quliyeva deyib.

O, bildirib ki, doğma yurduna qayıtması sevincinin həddi-hüdudu yoxdur.

“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların adları çəkiləndə ürəyim ağrıyır. Allah Ali Baş Komandanımıza, Prezidentimiz İlham Əliyevə can sağlığı versin”, - F.Quliyeva vurğulayıb.

“Şuşa işğaldan azad edildikdən sonra ora bir dəfə gedə bilmişəm. Yurduma nəvələrimlə qayıdıram. Şuşanı həyat yoldaşımla, övladlarımla tərk etmişdim. Təəssüf ki, o, bu günü görmədi, dünyasını dəyişdi. İndi doğma yurduma övladlarımla, nəvələrimlə qayıdıram”, - keçmiş məcburi köçkün deyib.

Qeyd edək ki, bu gün Şuşa şəhərinə növbəti köç karvanı yola salınır. Şuşadan olan, respublikamızın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 21 ailə (79 nəfər) - keçmiş məcburi köçkünlər birdəfəlik doğma şəhərə gedəcəklər. Beləliklə, Şuşa şəhərinə köçürülənlərin ümumi sayı 570 nəfərə - 147 ailəyə çatacaq.

Oxşar xəbərlər

Keçmiş məcburi köçkün: “Arzu edirəm, övladımı Füzulidə evləndirim” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçın sakini: “Bu gün hamımız sevincliyik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Şuşa şəhərinə növbəti köç karvanı yola salınacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşa sakini: “Çox sevinirik ki, artıq bizə məcburi köçkün deyilməyəcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zabux sakini: “Təkcə yurduma deyil, həm də uşaqlıq illərimə qayıdıram” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər