İlham Əliyev UFC-nin prezidentini qəbul edib
sizinxeber.az xəbər saytı

İlham Əliyev UFC-nin prezidentini qəbul edib


İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ultimate Fighting Championship”in (UFC) prezidenti, amerikalı sahibkar Deyna Uaytı qəbul edib.

"Sizinxeber.az" xəbər verir ki, Azərbaycana səfərdən məmnunluğunu ifadə edən Deyna Uayt Bakıda keçiriləcək UFC turnirinə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını vurğuladı və göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı UFC turnirinin ölkəmizdə ilk dəfə təşkil edilməsinin əhəmiyyətinə toxundu, onun davamlı olacağına ümidvarlığını bildirdi və bu tədbirin Azərbaycanın dünyada idman ölkəsi kimi daha çox tanıdılması baxımından rolunu qeyd etdi.

Söhbət zamanı Azərbaycanda idmanın bütün növlərinə göstərilən dövlət qayğısından söhbət açıldı, son illərdə idmançılarımızın dünya səviyyəli mühüm yarışlarda qazandıqları uğurlar vurğulandı, gənc nəsildə idmana həvəsin təbliğ edilməsi istiqamətində görülən işlərə toxunuldu.

Görüşdə indiyədək ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkil edilməsindən məmnunluq ifadə olundu, UFC turnirinin də bu cür keçiriləcəyinə əminlik bildirildi.

Oxşar xəbərlər

İlham Əliyev FIFA-nın prezidenti ilə görüşüb
İlham Əliyev Formula 1-in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib
Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle