Prezident İlham Əliyev Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib.

"Sizinxeber.az" xəbər verir ki, dövlətimizin başçısı Okay Məmişin Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi təyin olunmasından sonra ilk səfərini ölkəmizə etməsinin əhəmiyyətinə toxundu və bu səfərin uğurlu olacağına ümidvarlığını bildirdi.

Okay Məmiş də öz növbəsində bu vəzifəyə təyin olunmasından sonra ilk səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu diqqətə çatdırdı.

Söhbət zamanı ölkələrimiz arasında bütün sahələrdə qardaşlıq və müttəfiqlik əlaqələrinin dərinləşməsindən məmnunluq ifadə olundu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında səmimi münasibətlərin əməkdaşlığımızın daha da genişlənməsi işinə böyük töhfə verdiyi vurğulandı.

Görüşdə ölkələrimizin bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliklə bağlı məsələlərdə uğurlu qarşılıqlı fəaliyyəti qeyd edildi.

Oxşar xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi
Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib
Astanada Prezident İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüşü olub
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle