Prezident: “İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə gələn il 2,4 milyard dollar ayrılacaq”
sizinxeber.az xəbər saytı

Prezident: “İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə gələn il 2,4 milyard dollar ayrılacaq”


“Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən yeddi milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur”.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.

“Böyük Qayıdış Proqramı”nın icra olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib:

“Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur”.

Azərbaycan Prezidenti Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və inşa edilən yaradıcılıq mərkəzinə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürünü bildirərək deyib:

“Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür”.

Oxşar xəbərlər

Prezident: "İkinci Qarabağ müharibəsindən sonra bərpa işlərinə 7 milyard ABŞ dolları sərf edilib" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad edilən ərazilərin bərpasına gələn il minimum 2,4 milyard ABŞ dollarının ayrılması planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: “Əmək Mərkəzi İƏT-ə üzv ölkələr arasında əməkdaşlığın daha da güclənməsində vacib rol oynayacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: “Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu ərazilərdə sıfırdan yeni şəhər və kəndlər inşa edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər